Yuxarı

Azərbaycan ATƏT PA-da iştirakdan imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ATƏT PA-da iştirakdan imtina etdi

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında iştirakdan imtina edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, vitse-spiker Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun Ulan-Batorda (Monqolustan) keçirilən payız sessiyasına qatılmayıb.

B. Muradova APA-ya açıqlamasında bununla bağlı verilən qərarın səbəbini açıqlayıb: "Əvvəla, həm mən, həm də Azay Quliyev qarşıdan gələn parlament seçkilərində namizədliklə bağlı məsələlərlə məşğuluq. Əvvəldən də yalnız Azay Quliyevin orada iştirakı nəzərdə tutulmuşdu. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməmək barədə qərarından sonra ümumiyyətlə belə mənasız müzakirələrdə iştiraka lüzum görmədik.

Düşündük ki, indiki halda elə mənasız müzakirələrə baş qoşmaqdansa, Azərbaycandakı normal seçki mühitindən istifadə edib, bu demokratik prosesdə iştirak etmək daha yaxşı olar. Lakin bu, hazırkı dövr üçün verilən qərardır, növbəti toplantılara aidiyyəti yoxdur".

Qeyd edək ki, ATƏT PA-nın sentyabrın 15-də başlayan sessiyası bu gün başa çatır.

Xatırladaq ki, sentyabrın 11-də ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi ilə bağlı qərarını açıqlayıb.

Tarix
2015.09.18 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla