Yuxarı

Farkas: “ABŞ Bakının bu addımını heç zaman unutmaz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Farkas: “ABŞ Bakının bu addımını heç zaman unutmaz”

Azərbaycan ABŞ-ın strateji partnyoru olaraq qalır və biz təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin 20 il müddətində inkişafından qürur duyuruq.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Evelina N.Farkas mətbuat konfransında deyib. Farkas bildirib ki, Azərbaycan 11 sentyabr teraktından sonra ABŞ-a dəstək verən ilk ölkədir:

"ABŞ bunu heç zaman unutmayacaq".

Farkas həmçinin ABŞ və Azərbaycanın Əfqanıstanın təhlükəsizliyi məsələsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb. ABŞ-ın regiondakı konfliktlərin həll olunmamasından dərin narahatlıq keçirdiyini bildirən nazir müavini bütün konfliktlərin bir oxşarlığı olduğunu xatırladıb:

"Suriya konflikti və qaçqın kütləsinin yaranması bizi insanlıq naminə daha ardıcıl işləməyə vadar edir".

Tarix
2015.09.19 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla