Yuxarı

Rusiya hazır imiş, ABŞ hesablamayıb – Qərb eksperti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşun Axar.az-a müsahibəsi:

- Beynəlxalq ekspertlər Ukrayna savaşından sonra dünya nizamının dəyişəcəyini bildirir. Bu müharibə bir növ “dünyanın yenidən bölüşdürülməsi” də hesab edilir. Sizcə, münaqişədən sonra dünyanın təhlükəsizlik xəritəsi və yeni dünya nizamı necə olacaq?

- Sovet İttifaqının dağılması dünyada yeganə hegemonun - ABŞ-ın qalması ilə nəticələndi. Həmin vaxt Çin Soyuq müharibə dövründə Rusiyaya qarşı bir regional güc kimi iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkə idi. Müəyyən imtiyazlarla ABŞ bazarlarına çıxış imkanları sayəsində bu, Çin üçün daha da asan idi. Son 3 onillikdə iki şey dəyişdi: birincisi, Yeltsinin dövründə xaos içində olan Rusiya Putinin dövründə yenidən dirildi, ikincisi, Çin qlobal gücə çevrildi. ABŞ-ın hazırda üz-üzə qaldığı vəziyyət bundan ibarətdir ki, ABŞ Rusiyanın inkişafını Avropa enerji bazarından əldə etdiyi gəlirlə cilovlamalıdır. Bundan sonrakı plan isə Çinlə məşğul olmaqdır. Nüfuzlu “Foreign Affairs” jurnalının istənilən sayında ABŞ-ın niyyətinin bu olduğu görünür. Ukrayna geosiyasi müharibənin aparılacağı döyüş meydanı kimi seçilib. Qərb buranı ona görə döyüş meydanı seçib ki, onun böyük əhalisi və Rusiyanın gücünü tükətməyə qadir döyüşlərdə bərkimiş güclü ordusu var. Rusiya isə düşünür ki, Ukraynanın Qərbin əlinə keçməsi onun üçün ciddi təhlükəsizlik təhdidinə çevriləcək. Müharibədən əvvəl Rusiya və Çin ABŞ və Qərbin Avrasiyaya doğru genişlənməsinə qarşı durmaqda maraqlı olduqlarını irəli sürən ikitərəfli saziş bağlamışdılar. Ukraynada hərbi, dünya bazarında isə iqtisadi müharibə xətləri çəkildi və döyüş başladı.

- Müharibənin siyasi və hərbi nəticələri ilə bağlı şəxsi rəyiniz necədir?

- Qərbin niyyəti Putin hökumətinin devrilməsi, Moskvada qərbyönlü rəhbərliyin hakimiyyətə gətirilməsi və ya alternativ olaraq Rusiyanı Yeltsin dövrünün xaosuna qaytarmaq idi. Hesab edilirdi ki, iqtisadi sanksiyalar, Rusiya ehtiyatlarının ələ keçirilməsi və Rusiya ordusunun Ukrayna müharibəsində gücdən düşməsi ilə buna nail olunacaq. Əslində, bu plan müharibənin ilk həftəsində Qərb üçün yaxşı gedirdi. Rusiyaya qarşı iqtisadi müharibə öz miqyasında indiyə qədər görünməmişdi və Ukrayna ordusu öz üzərinə düşəni edərək, Kiyevin sürətlə ələ keçirilməsinin qarşısını aldı. Bununla belə, həm iqtisadi müharibədə, həm də döyüş meydanında külək başqa tərəfdən əsməyə başlayıb. Ruslar sanksiyalara effektiv hazırlıq görüblər və qadağalara baxmayaraq, faktiki olaraq enerji təchizatından əldə etdikləri gəlirləri daha da artırırlar. Hazırda iqtisadi cəhətdən Rusiyadan daha çox əziyyət çəkən və parçalanma əlamətləri göstərən Avropadır. Döyüş meydanında ruslar ukraynalıları yorur və görünür ki, Kiyev müharibə nəticəsində ərazisinin dörddə birini itirəcək. Qərb ukraynalıların əraziləri geri qaytarmaq şansına sahib olması üçün müharibəni şiddətləndirməli olacaq, bununla belə, Prezident Baydenin buna çəkingən yanaşdığını göstərən əlamətlər var. Ancaq ABŞ bunu etməyəcəyi təqdirdə rusların qələbəsi qaçılmaz olacaq. Güman edirəm ki, Vaşinqton buna görə də Kiyevlə bağlı öhdəliyini məhdudlaşdırmaqla yanaşı, öz imicini qorumaqçün məntiqli bir hekayə uydurmalı olacaq. Ukraynalılara verilən müfəssəl maddi, hərbi və mənəvi dəstəkdən sonra bu, çox çətin olacaq. Ümumi götürməli olsaq, hazırda hadisələr yerli-yerində və balanslı şəkildə davam edir.

- Rusiyanın Ukraynaya hücumu bütün dünyaya bir daha Rusiyanın qonşularına nə qədər aqressiv ola biləcəyini göstərdi. Ümumi təsəvvürə görə, Rusiya tərəfinin bu cür fəaliyyətini ABŞ və Qərb hesablamalı idi. Bütün dünya şahid oldu ki, Qərb və ABŞ buna qarşı müdafiə mexanizmi hazırlamayıb. Digər Avropa ölkələri təhlükəli vəziyyətdə olduqlarından və Rusiya tərəfdən təhdidlər gəlməyə davam etdiyindən, ABŞ və Aİ hansı müdafiə və təhlükəsizlik mexanizmləri hazırlamaq istəyir?

- Əminəm ki, ABŞ Rusiyanın təbiətini və NATO-nun Ukraynaya doğru genişlənməsinə Rusiyadan gələcək reaksiyanı başa düşmüş oldu. Putin 15 il əvvəl məşhur Münhen çıxışından bəri onlara bu barədə xəbərdarlıq edir. Rusiya 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Krımdakı hərbi əməliyyatda küncə sıxışdırılanda nəyə qadir olduğunu nümayiş etdirmişdi. Ruslar xüsusi hərbi əməliyyatda sayı 200 mindən az olan kiçik bir ordu ilə bütün Ukraynanı işğal etmək iqtidarında deyil. Kremlin məqsədi Ukraynanın hərbi imkanlarını məhv etmək və Rusiyanın təhlükəsizliyini təhdid edəcəkləri təqdirdə Ukraynaya etdiklərini Qərbə də edə biləcəyini göstərməkdir. Rusiyanın digər Avropa dövlətlərinə hücum etmək niyyətinin olub-olmamasına çox şübhə edirəm. Belə bir şey Rusiyanın maraqlarına zidd olar və Vaşinqtondan ciddi hərbi reaksiyaya gətirib çıxarar. Həm Moskva, həm də Vaşinqton döyüş meydanını Ukrayna, itkiləri isə ukraynalılar və ruslarla məhdudlaşdırmaq istəyir. Bununla belə, Avropa dövlətləri Rusiyanın Ukraynadakı hərəkətlərindən qorxub və Türkiyə icazə verərsə, gələcəkdə NATO üzvlərinin sayı arta bilər. ABŞ Qərbin müdafiəsinə daha çox töhfə verəcək. Qərbin müdafiəsi təkcə strateji addım deyil, burada ABŞ-ın silah və enerji şirkətləri daha böyük bazarlara açılaraq daha çox gəlir əldə edəcək. Avropa yavaş-yavaş ABŞ-ın bir növ peykinə çevriləcək. Digər tərəfdən Rusiya, Çin və Avrasiyanın cavab olaraq bir araya gəlməsi ehtimalı var. Dünyanın yeni geosiyasi xəritəsi gələcək perspektivdə belə görünür.

Tarix
2022.06.16 / 09:07
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla