Yuxarı

Azərbaycanda belə bir struktur yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş mövzusu “Qlobal dünya nizamına təhdidlər” olan IX Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə növbəti dəfə keçirildi. Əgər bir Forum artıq 9-cu dəfə keçirilirsə, bu, təşkilatçılara etimadın, Forumun məqam-məqsədinə ehtiyacın ifadəsidir. Deməli, Forum düşünən insanların, beynəlxalq nizamın qorunmasında maraqlı olan aydınların, səlahiyyətli şəxslərin, liderlərin, hökumətlərin maraq dairəsindədir.

Ayrıca, builki Forumun da (ötənilki Forumda olduğu kimi) bir bölümü Mədəniyyət paytaxtımız Şuşada baş tutdu. Əgər VII Forumla VIII Forum arasında təqribən 2 il 8 ay müddət keçmişdisə, VIII Forumdan təqribən 8 ay sonra növbəti Forum baş tutdu. Hesab edirəm ki, bu intensivlik regionumuz başda olmaqla, dünyada baş verən qlobal hadisələrin intensivliyi ilə bağlıdır.

Noyabrdakı Forum “COVİD-19-dan sonrakı dünya” mövzusuna, budəfəki Forumsa, artıq vurğuladığımız kimi, “Qlobal dünya nizamına təhdidlər”ə həsr olunmuşdu.

Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi növbəti uğura imza atmış oldu. Mövzu seçimi, zamanlama, iştirakçıların mötəbərliyi və nüfuzu, Bakıdan dünyaya verilən ismarışlar – hamısı yüksək dəyərə, təqdirə layiqdir. Əlbəttə, Azərbaycan Prezidentinin Forumda iştirakı, tarixi nitqi bu ali tədbirə xüsusi məzmun, dərinlik və üfüq qazandırır. Bu sözlərin təsdiqini Azərbaycan Prezidentinin öncəki Forumlarda verdiyi ismarıcları və sonradan atılmış addımları xatırlamaqla hər kəs özlüyündə yəqinləşdirə bilər.

Bizim üçün, aid olduğumuz region üçün son illərin ən önəmli hadisəsi, heç şübhəsiz, 44 günlük müharibə olub; gəlin diqqət edək: müharibədən öncəki və sonrakı Forumda Azərbaycan Prezidenti nə deyib?

“...Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarıl­masını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır” (14.03.2019).

Bu isə 04.11.2021-ci ildə keçirilmiş Forumdakı çıxışdandır:

“Toxunmaq istədiyim digər bir mövzu Birinci Bakı Qlobal Forumundan başlayaraq, hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi”.

Məncə, bu iki sitat belə beynəlxalq siyasi mənzərəni, Qlobal Bakı Forumunun dünya siyasi xəritəsindəki, beynəlxalq ictimai fikirdəki yerini, rolunu ifadə etmək gücündədir: Burada verilən ismarışları hamı nəzərə almalıdır. Qlobal Bakı Forumu öz adına, ünvanına, mövzularına, o cümlədən, əsərləri bəşəri miras sayılan mütəfəkkir Azərbaycan şairi Nizami Gəncəvinin irsinə layiq şəkildə təşkil olunur. Forumun bəhrəsini yalnız üzvlər deyil, bütün tərəqqipərvər bəşəriyyət görür.

İnanırıq ki, IX Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri beynəlxalq gündəmdə yer alan ən önəmli problemlərin araşdırılmasına və həllinə özünəxas töhfələrlə çıxış edəcək.

IX Bakı Qlobal Forumunda ölkəmizin ən müxtəlif məsələlərə dair mövqeyi Prezident tərəfindən bir daha bəyan edildi:

- Ermənistan kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanat başda olmaqla, mövcud Bəyanatlarda ifadə olunmuş öhdəliklərə, beynəlxalq hüquq normalarına əməl etməlidir. Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə daimi, etibarlı yolu olmalıdır; əks təqdirdə, bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın, digər Bəyanatlarn müddəalarını pozması və regionda disbalans yaratması anlamına gələcək;

- Zəngəzur dəhlizinin ən qısa zamanda açılması gələcək regional sülhün fundamental elementi olacaq;

- Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarını, təhlükəsizliyini nəzərə alacaq: “Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər”;

Və nəhayət: Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati struktur yoxdur! Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib.

Vəssalam!

Dövlətimiz var olsun!

Tarix
2022.06.21 / 14:39
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla