Yuxarı

İranın düzəltdiyi “şeyx” Şeyxdən Borçalını aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın düzəltdiyi “şeyx” Şeyxdən Borçalını aldı

İranın Borçalıda “dini kanton” yaratmaq imkanı 2011-ci ildə - QMİ təsir gücünü itirməyə başladığı dövrdə yarandı: Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq və Acariya müsəlmanları idisə, dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı; ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların nəticəsində, yaxud hər iki səbəbdən Azərbaycan dini təsir gücünü itirdi, əvəzində İran aktiv şəkildə bölgəyə daxil oldu.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Borçalıda bir qrupun əllərində Taleh Bağırzadənin fotosu ilə aksiya keçirmələrinə münasibət bildirərkən qeyd edib.

“İran hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir, şərtlərin yaranmasına hazırlaşırdı.

Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var.

2018-ci ildə bu mövzuları bir az araşdırmışdım. Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi, indi sayları bir qədər də artıb. M.Əsədov 2011-ci ildə - proses başlayanda Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi və sonra baş verənlər hər şeyin illərlə hazırlanan planın parçası olduğunu üzə çıxarır.

Bölgədə dini təsirin itirilməsi Azərbaycanın ciddi strateji səhvi idi. Bundan sonra Borçalıya yenidən qayıtmaq da asan görünmür”, - o bildirib.

Tarix
2022.06.23 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Bakıdan Ermənistana gedəcək

TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri

Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..

Qlobal çağırışlara baxmayaraq, Azərbaycan... - Ukrayna səfiri

Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla