Axar.az
Yuxarı

Mirziyayevin Əliyevə bu jestinin mənası... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin İlham Əliyevi yola salarkən hava limanında etdiyi bu jestin mənası dərin hörməti, əbədi dostluğu, birlik və bərabərliyi ifadə edir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat belə jestlərin xüsusi məna və tarixi önəm daşıdığını vurğulayıb:

Çox yaxın və qardaş ölkələrin başçıları bir-birilərinə belə jestlər edərək öz xalqlarına və bütün dünyaya mesaj verirlər. Cənab Mirziyayev öz jesti ilə ölkəsinin hər zaman Azərbaycanla birlikdə və həmrəy olduğunu göstərir. Bu jest mahiyyət etibarilə “Teknofest Azərbaycan“ festivalının sonunda ölkə başçılarının verdiyi mesajla oxşardır”.

Qeyd edək ki, 21-22 iyunda Özbəkistanda rəsmi səfərdə olan İlham Əliyevi Ürgənc Beynəlxalq Hava Limanından vətənə Şövkət Mirziyayev şəxsən yola salıb. Mirziyayevin yolasalma mərasimində İlham Əliyevə etdiyi jest sosial şəbəkələrdə geniş maraq və rəğbətlə qarşılanıb.

Tarix
2022.06.23 / 21:44
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Tokayevdən Rusiyaya cavab: Azərbaycandan keçsin! - Video

Şamxani Qriqoryanla Zəngəzuru müzakirə etdi

Ermənistan MN Naxçıvanla sərhəddə torpaq aldı

Ədliyyə Nazirliyi e-sistemində nasazlıq… - Deputat

Abramyan: İrəvan Xankəndini Azərbaycanın tərkibində görür

Bayramov delimitasiya prosesindən danışdı

44 günlük müharibədən dərhal sonra... - Bayramov

Martirosyan: Əliyevin ləyaqəti var, bizdə yoxdur – Video

Sərhədlərin açılması məsələsini MM-də qaldırmışıq

Türkiyə bu gəmiləri Qara dənizə buraxmır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla