Yuxarı

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsinin buraxılış qabiliyyəti 3 dəfə artırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.

Keçid məntəqəsinin yenidən qurulması sutkada 500 nəqliyyat vasitəsinin ötürmə qabiliyyəti saxlanılmaqla iki birləşmiş texnoloji mərhələdə aparılır. İşlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra, layihəyə əsasən, məntəqənin keçid qabiliyyəti sutkada 1 400 nəqliyyat vasitəsinə və 4 000 nəfərə qədər artacaq.

Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır.

Tarix
2022.06.26 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla