Yuxarı

Bakı “Qarabağ Telekom”un işini niyə iflic etmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı “Qarabağ Telekom”un işini niyə iflic etmir?

“Qarabağ Telekom” ermənilər tərəfindən 20 ildən çoxdur ki, qeyri-qanuni olaraq Qarabağda fəaliyyət göstərir. Hökumət qurumları, xüsusən də Baş Prokurorluq buna ciddi diqqət yetirməlidir.

Bu sözləri Axar.az-a Qarabağda “Qarabağ Telekom”un qanunsuz fəaliyyəti ilə bağlı danışan ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, “Qarabağ Telekom” müharibədən sonra yenidən fəaliyyətini bərpa edib:

“Müharibədən sonra separatçı tör-töküntüsünün rəhbəri Araik Arutunyan “Qarabağ Telekom”un rəhbərliyini qovub, şirkəti özü ələ keçirdi. Müharibə vaxtı ermənilər adıçəkilən operatordan hərbi məqsədlər üçün istifadə edirdilər. Hazırda dəqiq bilirəm ki, o şirkət Araikə məxsusdur. O da Azərbaycan ərazisində rahat şəkildə, qanunsuz olaraq, qeydiyyatdan keçmədən biznes qurub, pulunu qazanır. Araşdırılmalıdır ki, bunlar beynəlxalq qurumlardan kodları necə ala biliblər? Nəyin əsasında fəaliyyət göstərirlər? Ermənistan bu qeyri-qanuni qurumla rouminq əlaqəsini necə qurub? Bunlar ciddi və beynəlxalq müstəviyə çıxarılası məsələlərdir.
Müharibəyə qədər Ermənistan öz vətəndaşlarının Qarabağda komfortlu fəaliyyətini təmin etmək üçün rouminqi sıfırlamışdılar. Ermənilər Qarabağa gələndə öz operatorları kimi “Qarabağ Telekom”dan istifadə edirdilər.
Amma indi ermənilər üçün daha diskomfort bir şərait yaranıb. Onlar əvvəlki kimi sıfır xidmətlə danışa bilməyəcəklər.

Hesab edirəm ki, bizim Rəqəmsal İnkişaf Agentliyi, Baş Prokurorluq onların bu trafiki haradan aldıqlarını araşdırmalıdırlar. Bizim hökumətin əlində imkanlar var ki, mobil operatorların işini əngəlləsin. Həm texnoloji imkanlardan, həm də beynəlxalq mexanizmlərdən istifadə edərək “Qarabağ Telekom” beynəlxalq müstəvidə mühakimə olunmalıdır. Bu 20 il müddəti ilə bağlı onlar bizə kompensasiya ödəməlidirlər”.

Tarix
2022.06.30 / 08:45
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla