Yuxarı

TDT-nin təhlükəsizlik şuralarının katibləri İstanbulda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TDT-nin təhlükəsizlik şuralarının katibləri İstanbulda

Türkiyənin Ankara və İstanbul şəhərlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin ilk iclası keçirilib.

Axar.az xəbər verir ki, iyunun 29-dan iyulun 1-dək keçirilən iclasda ölkəmizi Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən hərbi, iqtisadi, enerji, nəqliyyat, qida təhlükəsizliyi, informasiya təhlükəsizliyi, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularında müzakirələr aparılıb, bu istiqamətdə müasir çağırış və təhdidlərin öhdəsindən gəlinməsinə dair fikir mübadiləsi edilib və bu sahələrdə türk dövlətləri arasında güclənən əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən nümayəndə heyətləri daxili işlər naziri Süleyman Soylu və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbərliyi ilə görüşüblər. Bununla yanaşı, heyətlər Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkətini ziyarət edib, qardaş Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi qürurverici nailiyyətlərlə yerində tanış olublar.

Tarix
2022.07.02 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla