Yuxarı

İH binasında özünü yandırmaq istəyən qazi danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonun İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünə qəsd etmək istəməsinin səbəbləri ilə bağlı Publika.az-a danışıb.

Axar.az xəbər verir ki, qazimizin sözlərinə görə, onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır.

"Bakıda, Gəncədə, Qazaxda, Şəmkirdə yatdım. Yəni çox xəstəxanada müalicə almışam. İndi də müalicəyə ehtiyacım var. Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsin. Hərbi Hospitaldan və digər xəstəxanalardan vəziyyətimlə bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən aslı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim. Özünüz də görürsünüz ki, mən tam danışa bilmirəm. Getdim icra başçısının yanına ki, Yaşat Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər ki, yoxdur burada, sabah gəl. Soruşdum, "Bəs müavin və ya əvəz edən adam yoxdur sözümü deyim?" Cavab verdilər ki, bizim əlimizdən heç nə gəlmir. Mən də özümdən asılı olmadan pis oldum və benzin tökdüm, özümü yandırmaq istədim", - İ.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki, İlham Həsənov Aprel müharibəsində də iştirak edib. Vətən müharibəsində könüllü olaraq orduya gedib. Füzuli, Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb. Nəticə etibarı ilə ağır yaralanıb. Hazırda danışmaqda çətinlik çəkir.

Tarix
2022.07.04 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla