Yuxarı

Paşayeva mədəniyyət nümayəndələri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva mədəniyyət nümayəndələri ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda fəaliyyət göstərən mədəniyyət evləri, musiqi məktəbləri, kitabxanalar və muzeylərin rəhbərliyi və kollektivlərin üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Heydər Əliyev adına Mərkəzin, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin və Tarix Diyarşünaslıq Muzeyinin, böyük mədəniyyət evləri, musiqi məktəbləri, kütləvi kitabxanaların rəhbərləri, kollektivləri iştirak edib.

Mədəniyyət evləri, musiqi məktəbləri, kitabxanalar və muzeylərin rəhbərləri öz fəaliyyətləri, uğurları və planları haqqında Komitə sədrinə ətraflı məlumat verib.

Komitə sədri "Şuşa İli"ndə mədəniyyət müəssisələrinin, hər bir mədəniyyət işçisinin də üzərinə mənəvi məsuliyyət düşdüyünü söyləyib.

Q.Paşayeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi, tarixi, mədəni irsinin qorunması ilə bağlı gördüyü işlərin hər bir vətəndaş üçün örnək təşkil etdiyini vurğulayıb.

Tovuzun mədəni həyatının, özəlliklə ozan-aşıq sənətinin, başqa sözlə, epos təfəkkürünün, xalqımızın etnoqrafik yaddaşını yansıdan sənət sahələrinin zəngin ənənələrini xatırladan Q.Paşayeva həmin ənənələrə, eləcə də hərtərəfli dövlət qayğısına əsaslanaraq və qalib ölkənin vətəndaşları olaraq, yeni ideyalarla, layihələrlə çıxış etməkçün geniş imkanların olduğunu bildirib, görüş iştirakçılarına uğurlar arzulayıb.

Görüşdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev iştirak edib.

Tarix
2022.07.04 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla