Yuxarı

İran Zəngəzur dəhlizindən niyə “narahatdır”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın davam edən işğal dövründə İran rəsmiləri İrəvana səfər edib onlara təzyiq göstərmədilər. Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra öz narahatlıqlarını müxtəlif formalarda dilə gətirmələri çox maraqlıdır. Hər halda İran da artıq bölgədəki yeni reallığı qəbul etməlidir.

Bu sözləri Axar.az-a İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin Ermənistana səfərini və Zəngəzur dəhlizi ilə bağlı sözlərini şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə İranın da daxil olduğu əməkdaşlıq mühitinin formalaşması üçün çalışır:

“Ölkə başçısı İlham Əliyev və dövlət rəsmilərimiz dəfələrlə Zəngəzur dəhlizindən bütün bölgə ölkələrinin, eyni zamanda İranın da istifadə edə biləcəyini qeyd edib. Yəni burada Tehranın maraqlarına zidd olan heç bir addım atılmır. Zəngəzur dəhlizi 10 noyabr bəyanatına görə tənzimlənir. Əgər xatırlayırsınızsa, Hüseyn Əmir Abdullahian ötən ilin avqustunda xarici işlər naziri təyin olunduqdan təxminən bir ay sonra, oktyabr ayında Moskvaya səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı şikayət etdi. Amma şikayət Rusiya tərəfindən nəzərə alınmadı. Ümumiyyətlə isə Azərbaycanın İranı regional layihələrdən təcrid etmək planı yoxdur. Hətta rəsmi Bakı Zəngəzur dəhlizinə paralel şəkildə Naxçıvanı İran üzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat və kommunikasiya xəttinin çəkilməsi haqqında Tehranla müqavilə də imzalayıb. Cənab Prezident Türkmənistanda Seyid İbrahim Rəisi ilə, Ceyhun Bayramov isə İrana axırıncı səfəri zamanı Abdullahianla görüş zamanı dövlətimizin məqsəd və niyyətlərini açıq şəkildə ifadə edib. Ancaq təəssüflər olsun ki, İranda bir qrup insan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən narahatdır.

Rəcəb Tayyib Ərdoğanın qarşıdakı günlərdə İrana edəcəyi rəsmi səfər, Bakının Tehranla keçirdiyi görüşlər bir daha onu göstərir ki, biz İranı “altılıq” formatında görmək istəyirik. Formatla bağlı ilk görüş Moskvada keçirildi, ikinci görüş Türkiyədə keçirilməli idi, lakin İran görüşün Tehranda keçirilməsini istəyir. Düşünürəm ki, cənab Ərdoğanın səfəri zamanı bəhs etdiyimiz məsələlər geniş şəkildə müzakirə ediləcək”.

Tarix
2022.07.09 / 08:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla