Yuxarı

Azad edilmiş ərazilərə köçürülmə necə olacaq? - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərə köçürülmə necə olacaq? - Prezident

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

Prezident qeyd edib ki, infrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır.

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda yaradılan daimi iş yerlərindən də danışıb:

"Əlbəttə, orada müvəqqəti iş yerləri, inşaatda iş yerləri, amma, eyni zamanda, daimi iş yerləri yaradılır. Məsələn, 9 yarımstansiya yaradılıb, orada daimi iş yerləri var. Şuşa şəhərində indi otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq - ondan sonra, tarixi obyektlərin təmir edilməsi. Yəni, bir sözlə, hər bir sahə üzrə daimi iş yerləri yaradılır və bütün cavabdeh qurumlar çalışmalıdırlar ki, o iş yerlərində o rayonlardan olan insanlar çalışsın - gənc nəsil, o rayonların nümayəndələri, onların uşaqları, onların nəvələri. Buna xüsusilə diqqət yetirmək lazımdır".

“Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir”, - dövlət başçısı qeyd edib.

Tarix
2022.07.16 / 09:16
Müəllif
Axar.az
Digər xəbərlər

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla