Parlament seçkilərində durğun və sakit bir dairə var. Bu
dairədən YAP-ın iki namizədi irəli sürülüb.
Axar.az xəbər verir ki, 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən
hakim partiyanın vahid namizədi Eldəniz Səlimovdur.
E.Səlimov Xaçmaz rayon İcra Hakimiyyətində İnzibati Ərazi
Dairəsi üzrə nümayəndə işləyir. Onun rəqibi isə YAP üzvü olan və öz
təşəbbüsü ilə seçkilərə qatılan Flora Ələsgərovadır.
Mərkəzi Seçki Komissiyasının rəsmi saytında F.Ələsgərovanın da
artıq namizədliyinin qeydə alındığı haqda məlumat verilib. Onun
bioqrafiyası haqda bir sətirlik informasiya yerləşdirilib.
MSK-ın saytında bildirilib ki, xanım namizəd evdar qadındır.
İnternet resurslarında da xanım YAP-çı haqda hər hansı bilgiyə rast
gəlinmir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın
seçki siyahısından kənar namizədliyini irəli sürənlərin YAP-dan
qovulacağını bildirmişdi.