Yuxarı

İran Bakıdakı səfirini niyə təcili Tehrana çağırdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Bakıdakı səfirini niyə təcili Tehrana çağırdı?

Böyük ehtimalla səfirin qəfil Tehrana çağrılması son qalmaqalla bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə Tehranda görüşməsi və “iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişlər verməsi” barədə yayılan informasiyanı şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehrli nağılları”yıla bağlı etdiyi paylaşıma İran səfiri qeyri-diplomatik tərzdə reaksiya vermişdi. Bu reaksiya əks-effekt yaradıb:

“İsrail səfirinin paylaşımı trendə çevrilib, dünyanın müxtəlif ölkələrində “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artıb. İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

Tarix
2022.07.25 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla