Yuxarı

Güneyli güləşçi səfirliyə hücuma görə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

Axar.az xəbər verir ki, 28 yaşlı pəhləvan şəxsi İnstaqram səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq", - sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

O, fikirlərini Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim

Bayraq öz yurduma öz hakimliyim!

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.

Tarix
2022.08.05 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla