Yuxarı

Terrorçular səfirliyimizə necə hücum edə bilir? - Kılıç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda Üçrəngli Bayrağımıza uzanan kirli əllər mütləq qırılacaq. Azərbaycan onları cəzasız qoymayacaq.

Bu sözləri Britaniyadakı səfirliyimizə hücumla bağlı Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat Britaniyanın baş verən təxribata görə məsuliyyət daşıdığını qeyd edib:

“İlk olaraq bildirməliyəm ki, səfirlik binasının təhlükəsizliyini Britaniya dövləti təmin etməlidir. Əgər terrorçular əllərini-qollarını sallayaraq binaya girə bilirsə, bu, Britaniya dövlətinin öz vəzifəsini yerinə yetirməməsi mənasına gəlir. Səfirliyin ərazisi və bina Azərbaycan ərazisidir və orada Azərbaycanın yurisdiksiyası qüvvədədir. Görünən odur ki, həmin dini radikal qrupun üzvlərinin sayı çox olduğu üçün səfirliyin heyəti və personal qarşılarını ala bilməyib. Belə durumlarda əsas məsələ diplomatik heyətin və personalın təhlükəsizliyinin qorunmasıdır. Britaniya polisinin zəifliyindən, yaxud laqeydliyindən istifadə edən terrorçular səfirliyə daxil olaraq kirli əlləri ilə Bayrağımıza əl uzatmaq cəsarətini özlərində tapıblar”.

Kılıç Azərbaycana qarşı belə bir addımın atılmasını özünəqəsd kimi qiymətləndirib:

“Üçrəngli Bayrağımız Azərbaycanın olduğu kimi, Türkiyənin də namusudur. İzmirin işğaldan azad edilməsindən sonra Atatürkün ayağının altına yunan bayrağı sərirlər. Lakin Atatürk onu tapdalamır. Biz belə bir millətik. Ancaq Üçrəngli Bayrağımıza əl uzadan alçaqların, ləyaqətsizlərin düşüncələrini, hansı mənəviyyata sahib olduqlarını anlamaq mümkün deyil. Əgər hünərin və gücün varsa, Azərbaycanla hesablaş. Azərbaycanın qəhrəman oğul və qızları, dövlət sənin cavabını layiqincə verəcək. Bunlar qorxaqdırlar, əməlləri də onu göstərir. Azərbaycanda hər kəs öz istəyinə və inancına görə kilsəyə, sinaqoqa və məscidə gedə bilər. Görünən odur ki, öz haqqını tələb edə bilən, torpaqlarını işğaldan qurtaran, güclənən Azərbaycanı istəməyən qüvvələr bəhs etdiyimiz radikalların arxasında dayanır. Azərbaycan sülh istəyir, hətta Qarabağ ermənilərinə öz vətəndaşlarına tanıdığı hüquqları verəcəyi haqqında məsuliyyət götürməyə hazır olduğunu deyir”.

Diplomat bildirib ki, əgər Britaniya yenə Azərbaycan səfirliyini qorumaqda acizlik göstərsə, rəsmi Bakının daha sərt tədbirlərə əl atacağına əmindir:

“Bütün baş verənlər Azərbaycanın gücləndiyini göstərir. Türkiyənin də önünü kəsmək istəyən erməni terrorçuları Avropada diplomatlarımızı qətlə yetirdilər, konsulluq binalarımız yandırıldı. Mən 80-ci illərdə Fransada diplomatik vəzifədə idim. Biz hər səhər işə gedəndə ailələrimizlə halallaşıb evdən çıxırdıq. Yəni biz də bunları yaşadıq. Bunların dinlə də əlaqəsi yoxdur. Dində əxlaqlı olmaq, dürüst olmaq, qan tökməmək əmr olunur. Sadaladıqlarımızın heç birini bunlarda görə bilməzsiniz. Sonda vurğulamaq istəyirəm ki, Azərbaycana qarşı atılan bu çirkin addım özünəqəsdən başqa bir şey deyil. Səfirliyə basqın edənlər ortalıqda olan beyni yuyulmuş kuklalardır. Əsas onlara belə bir addımı atmaq tapşırığı verən pərdəarxası qüvvə və ya qüvvələr, ipi tutanlardır. Əminəm ki, Azərbaycan pərdəarxasındakıları da tez zamanda üzə çıxaracaq və düyməni basanlar lazımi cavablarını alacaqlar”.

Tarix
2022.08.05 / 13:55
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla