Yuxarı

İslamın rəmzi yaşıldırsa, qara bayraqlar nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslamın rəmzi yaşıldırsa, qara bayraqlar nədir?

Bildiyimiz kimi, yaşıl rəng islam dininin rəmzidir. Geniş yayılmış anlayışa görə, qara rəng isə matəm rəmzi kimi qəbul olunduğundan, bəzi məzhəblər belə aylarda qara rəngə üstünlük verirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, ilahiyyatçı deputat Ceyhun Məmmədov məhərrəmlik ayı ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu, artıq ənənə halı almış bir yanaşmadır:

“İran və İraqda olduğu kimi, bu adət Azərbaycanda da geniş yayılıb. Onların yanaşması, inancı ondan ibarətdir ki, məhərrəmlik ayı yas ayıdır, ona görə də qara rəngdən istifadə olunmalıdır.

Amma qeyd etdiyimiz kimi, islamın rəmzi yaşıl rəngdir. Burada yanaşmalar, insanların düşüncələri müxtəlifdir. Məhərrəmlik hadisələrinə bir qəhrəmanlıq və şəhadət səhifəsi kimi yanaşmaq lazımdır. Əslində, bunun matəm, qəm-qüssə olduğu düşüncəsi yanlışdır və dinimizə də uyğun gəlmir.

Bunu edən insanlar düşünürlər ki, onlar belə yol ilə öz kədərlərini, İmam Hüseynə bağlılıqlarını ifadə etmiş olurlar. Amma biz daha çox matəm və kədərə yox, şəhidliyin uca məqamı barədə düşünməliyik”.

İlahiyyatçı Azərbaycanda qara bayraqların üzərində “Ya Hüseyn” şüarının ərəb əlifbası ilə yazılmasına da münasibət bildirib. Onun sözlərinə görə, İmam Hüseynin adını İraq və İranda ərəb hərfləri ilə yazırlar:

“Biz Azərbaycanda yaşayırıqsa, yaxşı olar ki, “Ya Hüseyn” öz ana dilimizdə yazılsın ki, insanlar da bilsinlər söhbət nədən və ya kimdən gedir. Bizdə əksəriyyət ərəb əlifbasını bilmir. Hesab edirəm ki, bu şeylər nəzərə alınmalı və məqsədəuyğun olaraq öz dilimizdə də yazılmalıdır”.

Tarix
2022.08.05 / 14:48
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla