Yuxarı

Ərdoğan Soçidə nəyə nail oldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Soçidə nəyə nail oldu?

Ərdoğan-Putin görüşü haqqında bir neçə ciddi mənbələrdə yayılan məlumatlar qardaş Türkiyənin doğru xarici siyasət yürütdüyünə bir daha əminlik yaradır: bu ölkə Qərb və Rusiya arasında əsas kommunikasiya kanalına, əsas "pəncərəyə" çevrilir və bu, hər üç tərəfə (Qərb, Rusiya, Türkiyə) divident gətirir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Türkiy Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalı funksiyasını yerinə yetirir:

“İki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 mlrd. dollara çatdırılması hədəfi qoyulub (2021 də 33 mlrd. dollar olub), deməli, Türkiyənin "pəncərə" rolu xeyli artacaq.

Görüşün siyasi və təhlükəsizlik yükü də çox önəmli idi, Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları çoxdur, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir.

Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır, son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayırlar”.

Tarix
2022.08.06 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla