Yuxarı

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Hazırkı məlumata görə işğal zamanı Laçın şəhərində qanunsuz olaraq məskunlaşdırılan erməni əhali şəhəri tərk etməyib.

Axar.az xəbər verir ki, bu sözləri Laçın şəhərindəki erməni icmasının rəhbəri Narek Aleksanyan deyib.

O bildirib ki, xaçkarlar, qəbirlər köçürüləcək, sakinlər isə Ermənistana və yaxud Xankəndiyə getməyə özləri qərar verəcəklər.

Aleksanyan sakinlərin köçmədən öncə evləri yandıracaqları barədə yayılan məlumatdan da danışıb:

“Mən bilmirəm bu necə olacaq, ancaq evlərin yandırılmasının normal olduğunu düşünmürəm. Sakinlərlə bu barədə müzakirə oldu, amma bu, emosiyaya bağlıdır, ona görə də onların belə addım atıb-atmayacağını bilmərəm”, - deyən Aleksanyan dolayısı ilə sakinlərin evləri yandıracağını təsdiqləmiş olub.

Qeyd edək ki, işğal zamanı qanunsuz olaraq Laçında çox az sayda sakin məskunlaşdırılıb. Hazırda Laçın dəhlizinə alternativ yolun təhvil verilməsi ilə Laşın şəhərində müvəqqəti yaşayan ermənilər 25 avqusta qədər şəhəri tərk etməlidir.

Xatırladaq ki, eyni hal Kəlbəcərdə də təkrarlanmışdı. O evlərin heç birini ermənilər tikməyib, onlar yalnız laçın işğal olunduqdan sonra azərbaycanlıların evlərinə yerləşiblər. İndi çıxarkən o evləri yandırmaq erməni əxlaqsızlığından başqa bir şey deyir.

Tarix
2022.08.06 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla