Yuxarı

Zakir Həsənov: "Biz bununla heç vaxt barışmayacağıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov: "Biz bununla heç vaxt barışmayacağıq"

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıqdır ki, erməni işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə qoşunların təmas xəttinə yaxın kəndləri, dinc sakinləri atəşə tutması faktlarını qonaqların diqqətinə çatdırıb.

"Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda maraqlıdır. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni yerinə yetitəcəkdir", - deyə nazir bildirib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix
2015.10.01 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla