Yuxarı

Moldova azərbaycanlını Rusiyaya ekstradisiya etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moldova azərbaycanlını Rusiyaya ekstradisiya etdi

Moldova Leninqrad vilayətində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Vüsal Vahid oğlu Əliyevi Rusiyaya təhvil verib.

Axar.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

“Həmin şəxs qətl, xuliqanlıq, silah alveri və adam öldürməyə cəhddə şübhəli bilinir. O, 2021-ci ilin fevralında Leninqrad vilayətinin Şlisselburq şəhərində kafenin yaxınlığında baş verən atışmada iştirak edib. Atışma nəticəsində bir nəfər ölüb. Şübhəlinin Rusiyanı tərk etdiyi müəyyən edilib, onu beynəlxalq axtarışa veriblər. Məlum olub ki, həmin şəxs Moldovadadır. Rusiya Baş Prokurorluğu Moldovanın səlahiyyətli orqanlarına sorğu göndərib və sorğu təmin edilib. Şübhəli şəxs Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib”, - o bildirib.

Xatırladaq ki, Şlisselburq şəhərindəki kafedə silahlı şəxslər arasında atışma olub. Atışma nəticəsində 39 yaşlı Qabil Rəşidov dünyasını dəyişib.

Tarix
2022.08.18 / 15:50
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla