Yuxarı

Rusiya əleyhinədir, ancaq Türkiyənin də şərtləri var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun qeyd etdiyi məsələlər Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında olan sonuncu görüşdə də gündəmə gəlib. Ancaq Suriyada yeni əməliyyatın keçirilməməsi və hər şeyin diplomatik müzakirələr yolu ilə həll edilməsi üçün bəzi şərtlərin yerinə yetirilməsi lazımdır.

Bu sözləri Axar.az-a Suriyanın şimalında yeni hərbi əməliyyatların başlanmasının mümkünlüyü ilə bağlı açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, dos.dr Əli Fuad Gökçə deyib.

Alimin sözlərinə görə, qarşı tərəf problemlərin həlli üçün səmimi şəkildə addımlar atmasa, Türkiyə öz təhlükəsizliyi üçün hər şeyi edəcək:

“Mövlud Çavuşoğlunun mətbuata verdiyi son açıqlamada hər şeydən öncə Suriyada müxaliflərlə mövcud rejimin uzlaşdırılmasının vacibliyindən danışıb. Bu, barışdırma deyil, ancaq prosesin başlaması üçün heç olmasa, bir sıra mövzularda uzlaşma olmalıdır. Türkiyə dəfələrlə Suriya rejiminə sərhədə yaxın əraziləri terrordan təmizləməyi, bunun ediləcəyi halda bölgədən çıxacağını deyib. Çünki bizim heç kimin torpağında gözümüz yoxdur. Lakin Suriya rejimi sözügedən ərazilərdən terrorçuları təmizləyə bilmir. Digər bir məsələ isə müxaliflərə əfv elan olunmasıdır. Doğrudur, bir neçə dəfə qismən əfvlər olub, amma yüzlərlə, minlərlə müxalif həbsdədir, yaxud da müxtəlif ölkələrə səpələnib. Rejim təhlükəsizliklə bağlı zəmanət verməli və bu, kağız üstündə qalmamalıdır. Fikrimcə, verilən zəmanət və görülən işlər BMT tərkibində qurulacaq bir komissiya tərəfindən mütəmadi şəkildə yoxlanılmalıdır. Rejim isə Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusunu terrorçu adlandırır, dövlətimizin onlara dəstəyi dayandırmasını və bəzi silahlı qrupların BMT-nin terror təşkilatları siyahısından çıxarılmasını istəyir. Problem də burada düyünlənir. Əsas məsələ Türkiyə, Suriya və müxaliflərin bir-birinə etibar etməsidir. Lavrov da “diplomatik yol” deyəndə Ankara və Dəməşqin masa ətrafına oturmasını, hər kəsin öz problemlərini dilə gətirməsini, müzakirələrin aparılmasını istəyir. Lakin bunun üçün müxaliflər də masada olmalıdır. Bütün bunların mümkün olub-olmayacağını tərəflərin səmimiyyəti müəyyən edəcək. Qarşı tərəfdən sözügedən addımların atılmayacağı təqdirdə, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün hər şey edəcək”.

Tarix
2022.08.26 / 09:12
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla