Yuxarı

Bakı İrəvanı buna məcbur etdi - Yücel Karauz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı İrəvanı buna məcbur etdi - Yücel Karauz

Laçının uğurlu siyasət, qətiyyətli mövqe, güclü siyasi liderlik və əlaqələr sayəsində yenidən aid olduğu Azərbaycanın nəzarətinə keçməsi çox böyük tarixi uğurdur.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, Laçınla bağlı prosesin müsbət nəticələnməsi Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin normallaşmasına da öz təsirini göstərəcək:

“Yaşadığımız hazırki tarixi hadisə ölkə daxilində bütün çevriliş və təxribat, prosesi baltalama cəhdlərinə baxmayaraq, artıq Ermənistanın Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqdan başqa yolunun olmadığını dərk etməyə başladığını göstərir. 10 noyabr bəyannaməsi imzalandıqdan sonra sizinlə söhbətlərimizdə də dəfələrlə qarşıda uzun və incə bir yol olduğunu, Azərbaycanın səbir və təmkinlə, hazırlanan tələlərə düşmədən hərəkət etməsinin vacibliyi haqqında danışmışıq. Rəsmi Bakı yeri gəldiyi zaman diplomatiyanı, ehtiyac olduqda hərbi gücünü işə salaraq 10 noyabr bəyannaməsində nəzərdə tutulan daha bir önəmli şərtin yerinə yetirilməsinə nail oldu. Bu, həm də tərəflər arasında münasibətlərin normallaşması üçün və yekun sülh müqaviləsinə gedən yolda önəmli bir mərhələnin başlanması deməkdir. Laçının psixoloji və strateji baxımından xüsusi önəmi var. Laçın məsələsi eyni zamanda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə müsbət təsir göstərərək, Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunmasının yolunu açacaq. Son günlər İrəvandan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin təmin olunması ilə bağlı verilən açıqlamalar da Bakının uğurlu siyasətinin nəticəsi və sülhə gedən yolun başlanğıcıdır. Allahdan bir də qədim yurd yerlərimizin düşmən tapdağı altında olmamasını diləyir, əziz şəhidlərimizi minnətdarlıq və dərin hörmət hissi ilə anıram”.

Tarix
2022.08.26 / 09:20
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla