Yuxarı

XİN-dən ABŞ-ın İrəvandakı səfirliyinə çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı Səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı Səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilib.

"Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin İctimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur", - şərhdə deyilir.

XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb:

"Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meyilli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".

Tarix
2022.09.23 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla