Yuxarı

Qazi Şuşada tapdığı samovarın sahibini axtarır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada üzərində "qrup oğlanlarından hədiyyə, 1980-ci il” yazılan samovar tapılıb. Samovarın üzərində bir qadının adı qeyd olunub. Ancaq samovarın əsl sahibini tapmaq üçün həmin qadının adı bu xəbərdə qeyd olunmur.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, samovar Şuşada, viran olmuş evlərdən birindən götürülüb. Onu taparaq özü ilə Salyana gətirən isə Fikrət Camalovdur.

İkinci Qarabağ müharibəsi iştirakçısı olan Fikrət Camalov düşmənlə döyüşə-döyüşə Şuşaya kimi gedib çıxıb və bir müddət orada qalmalı olub. Elə samovarı da həmin vaxt dağılan evlərdən birindən tapıb.

İndi Fikrət mənəvi dəyəri ölçüsündən qat-qat böyük olan bu balaca samovarın əsl sahibini axtarır. O xanımı ki, adı samovarın üzərində həkk olunub.

Fikrət deyir ki, əgər xanımın özü yox, övladları və ya hər hansı bir qohumu samovarı götürmək istəsə, verməyəcək.

Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fikrət Camalovun əmisioğlu Famil Camalzadə elə həmin döyüşlərdə şəhadətə yüksəlib. Fikrət isə qalib könüllü kimi geri qayıdaraq Salyan rayonu, Xurşud kəndində qaldığı yerdən həyatına davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2022.09.24 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla