Yuxarı

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın “fındıq” taktikası... -

14:48

O zaman Azərbaycanın hər şeyi var idi, amma Ermənistan demoqrafik, iqtisadi, hərbi problemlər içində yaşayırdı.

Axar.az xəbər verir ki, bunu erməni hərbi analitik Samvel Ohanesyan deyib.

"Bakı öz ordusuna həm yeni silahlar alır, həm də müntəzəm təlimlər keçirirdi. Ermənistanda isə dövlətinə inamı olmayan əsgəri, yanacağı oğurladığı üçün təlimlərdə ona qənaət edən zabitləri, çağırışçılardan pul alıb onları yararsız kimi qeydə alan hərbi komissarlıqları, sistemin öz uşaqlarını müharibədə itirən valideynlərə necə münasibət göstərdiyini gördüyü üçün oğlunu xaricə qaçırmaq istəyən əsgər analarını görürdük.

Mən 44 günlük müharibə dövründə baş vermiş bir maraqlı faktı xatırladım. Şuşa ətrafında döyüşlər gedirdi. Komandirlərdən biri İrəvandan şəhərin müdafiəsini təşkil etmək üçün silah və canlı qüvvə istəmişdi. Bir gün sonra İrəvandan içi qoz-fındıq dolu “KamAZ” gəlir”, - Ohanesyan bildirib.

Erməni analitik Ermənistanın ordunun müasirləşdirilməsi ilə məşğul olmadığını bildirib:

“Bizim hərbi çatışmazlıqlarımız onunla bağlı idi ki, biz formal müttəfiqimizdən, Rusiyadan tam asılı olaraq öz ordumuzun müasirləşdirilməsi ilə o qədər də fəal məşğul olmurduq. Ermənistan silahlı qüvvələri Rusiyanın qırıcıları alıb, amma döyüş sursatları əldə etməyi unutublar. Bakı isə NATO standartlarına uyğun olaraq öz ordusunu modernləşdirib, İsrail və Türkiyə silahlarını, xüsusilə də ölümcül PUA-lar əldə edib.

Ermənilər üçün ən acı hal isə ondan ibarətdir ki, indi 2020-ci ildən sonra da dövlətimizi sağlamlaşdırmaq üçün nə reseptimiz, vəziyyəti düzəltmək üçün şərtlərimiz var".

Tarix
2022.09.27 / 16:10
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla