Yuxarı

Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənilərin fikrindən çox şey keçə bilər. Amma onları reallaşdırmaq asan məsələ deyil. ABŞ Azərbaycan və Ermənistan arasında sülh yaratmaq prosesində vasitəçilikdən başqa heç nə təklif edə bilmir və ya etmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında professor Qabil Hüseynli Ermənistanın NATO-nu bölgəyə gətirməsi və revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünməsi haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan bunun üçün KTMT-dən çıxmalı və Rusiya ilə bütün əlaqələri kəsməlidir:

“Hazırda Rusiyanın Ermənistan ərazisində 4 hərbi bazası var. Hətta sərhədləri rus tərəfindən qorunur. Ermənistanda müəssisələrin böyük əksəriyyəti Rusiyaya olan borc müqabilində sahibkarlara satılıb. Ona görə də, Rusiya ilə əlaqələri kəsməsi, Qərbə inteqrasiya xəttini götürməsi və NATO -ya daxil olmaq üçün ərizə verməsi real deyil. Əgər Ukrayna NATO-ya daxil ola bilmirsə, bunun bədəlini ağır ödəyirsə, bu, Ermənistan üçün daha pis nəticələrə səbəb ola bilər. Yəni Rusiya heç bir halda buna seyrçi qalmayacaq.

Ermənistan indiki mərhələdə Hindistandan müəyyən silah növlərini alırsa, Amerika ilə Fransaya yalvarmasına baxmayaraq, NATO silahlarını ala bilmirsə, bunun özü artıq çox şeyi deyir.

Bu gün Qərb ölkələrinin əsas səyi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin imzalanaraq, bölgəyə sülhün gətirilməsindən ibarətdir. Əlbəttə, Qərb ölkələri bu kontekstdə Rusiyanı da bölgədən çıxarmağı planlaşdırır. Amma bunu həyata keçirmək real görünmür. Bir sözlə, Ermənistanın bölgəyə NATO-nu gətirmək xəyalları xəyal olaraq qalacaq və bu, reallaşmıyacaq”.

Tarix
2022.09.30 / 12:54
Müəllif
Zaira Akifqızı
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla