Yuxarı

Minaya düşərək ölən şəxslərlə bağlı rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minaya düşərək ölən şəxslərlə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlindiyini bildirib.

"Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır", - o qeyd edib.

Tarix
2022.09.30 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla