Yuxarı

Dünya bu videoya baxsın: Əsir əsgərimiz bu cür qətlə yetirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya bu videoya baxsın: Əsir əsgərimiz bu cür qətlə yetirilir

Erməni rəsmilərin özlərinin iddiasına görə, məlum video 13 sentyabrda çəkilib – yəni döyüşlərin qızğın vaxtında postu alan Azərbaycan Ordusunun əsgərləri erməni əsgərləri güllələyirlər.

Axar.az xəbər verir ki, bütün dünyanın “şoka” düşdüyü, ən böyük media qurumlarının tırajladığı o videoda ermənilərin heç də əsir götürülmədiyi, əllərinin açıq olduğu, döyüş getdiyi aydın görünür.

Hələ sözügedən videonun real olub-olmaması da mübahisəlidir.

Ancaq ermənilər İkinci Qarabağ savaşında əsir düşən Azərbaycan əsgərinə qarşı dəhşətli aktlar törədiblər və Azərbaycan mediası olaraq, biz bunları tirajlamamışıq. Ermənilərin əxlaqsızcasına istifadə etdiyi və dünyanın “heyrətə” gəldiyi videoda adi döyüş epizodudursa (bir daha təkrarlayırıq: video ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır və onun həqiqi və yaxud qondarma olduğu hələ aydınlaşdırılır), indi təqdim etdiyimiz videoda əli-qolu bağlı, əsir alınmış, ağzına corab basılmış Azərbaycan Sərhəd Xidmətinin əsgərindən söhbət gedir.

Görünür ki, səhv etmişik: biz dünyaya erməni vəhşiliyinin, qaniçənliyinin, hərbi cinayətkarlığının daha bir üzünü göstərməyə məcburuq ki, döyüşdə son gülləsini atıb, əlini qaldıran düşmənin əsir götürülməməsi ilə əli-qolu bağlı əsirin başının kəsilməsini müqayisə edə bilsinlər.

Hansı daha dəhşətlidir? Kimdir qaniçən, müharibə cinayəti törədən, qatil və faşist?

Azərbaycan Ordusu düşməndən torpağını azad edən Şərəfli, Müzəffər, Qalib Ordudur, ermənilər kimi işğalçı-terrorçu fəaliyyətlə məşğul olmur; 44 günlük savaşda müharibə ərazisindən yüz kilometrlərlə uzaqdakı dinc şəhərləri gecə ilə vuran Ermənistan ordusu və bu cinayətə əl atan Ermənistan hərbi-siyasi rəhbərliyi idi.

Azərbaycan Ordusu qeyri-döyüş şəraitində düşməni öldürmür, hətta diversantları belə əsir götürəndə onlara qarşı humanist davranır.

Azərbaycan əsgəri döyüş dayandığı halda yaralı erməni əsgərinin yarasını sarıyıb, xəstəxanaya yerləşdirir və bunun sübutları var.

Döyüş getdiyi halda əli-qolu açıq erməni əsgərini necə və hansı əsasla əsir götürməlidir? O “əsirlərin” hansı hiylə qurduğunu güllə yağışı altında olan Azərbaycan əsgəri necə müəyyən edə bilərdi?

P.S. Video-keçidə ürəyi zəif olanların baxmamasını xahiş edirik.

P.P.S. Bu, erməni vəhşiliyinə aid yüzlərlə görüntüdən yalnız biridir...

Tarix
2022.10.03 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla