Yuxarı

Az TV-nin enerji bloku bu dəqiqə partladı – Qara Yanvar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Az TV-nin enerji bloku bu dəqiqə partladı – Qara Yanvar

Sovet qoşunları Bakıda silahsız mülki vətəndaşlara qarşı hücuma keçməzdən əvvəl o dövrdə yeganə telekanal olan Azərbaycan Dövlət Televiziyasının enerji blokunu 19 yanvar 1990-cı il, saat 19:26-da partlatdılar.

Beləliklə, xalq informasiyasız qaldı, qəzet və jurnalların dərci dayandırıldı. Həmin gecə Sovet qoşunları dinc əhaliyə qarşı ən müasir silahlardan istifadə ilə qırğın törətdilər.

Azərbaycan Dövlət Televiziyasının binasına kimlər və hansı tapşırıqla girmişdi? Televiziyanın enerji blokunun qorunduğu binaya o diversantları kim buraxmışdı? Niyə bunun qarşısı alınmadı? Axı, Azərbaycan Dövlət Televiziyası mühafizə olunan obyekt sayılırdı.

Suallara hələ də aydınlıq gətirilməyib. Baş Prokurorluqda aparılan araşdırmaların da nəticəsi hələlik yoxdur.

Azərbaycan televiziyasının yayımı yalnız 1990-cı il yanvarın 28-də bərpa olundu. Həmin gün qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 131 dinc vətəndaşı Sovet ordusu tərəfindən qətlə yetirilən Azərbaycan xalqına başsağlığı verdi.

Xatırladaq ki, 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasının əməkdaşları bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına təkrar müraciət etmişdilər.

Tarix
2014.01.19 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla