Yuxarı

Praqada sülh gündəmi – Rus mediası “narazıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Praqada sülh gündəmi – Rus mediası “narazıdır”

Praqada baş tutan danışıqlar, əldə edilmiş bəzi razılaşmalar bölgəmizdə dayanıqlı və ədalətli sülhün, Azərbaycanla Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün, kövrək də olsa, ümidlər yaradır. Amma dünən axşamdan Rusiya TV kanallarında, mətbuatında açıq-aşkar bu anlaşmaları sual altına qoyan bəyanatlar səsləndirilir – müstəsna həyasızlıqla deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir və rəsmi Moskvanın birbaşa iştirakı olmadan bölgədə sülh mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu səbəbdən sərhəddə, bölgədə yeni təxribatlara hazır olmaq lazımdır:

“Cənubi Qafqazda sülh istəməyən ən böyük maneə Rusiyadır, dayanıqlı, özü də Qərbin moderatorluğu ilə yarana biləcək sülh Kremli sakit qoymayacaq, çünki bütün məsələlərin köklü həlli Moskvanın regiona təsir rıçaqlarını azalda bilər – bu isə 18-ci əsrin İmperiya modelini 21-ci əsrdə özünün ideologiyası və davranış qaydası elan etmiş Rusiya üçün əsrlərdir qurduğu primitiv “oyun qaydalarının” pozulması demək olar”.

Tarix
2022.10.07 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla