Yuxarı

ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir - General

ABŞ Türkiyənin güclənməsini istəmir. Digər tərəfdən, ABŞ ölkəmizin yalnız Vaşinqtonun mənfəət və mənafelərinə uyğun şəkildə hərəkət etməsinə çalışır.

Bu sözləri Axar.az-a Vaşinqtonun F-16 qırıcıları ilə bağlı irəli sürdüyü yeni şərtləri şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General sanksiyaların Türkiyəni daha da gücləndirəcəyini vurğulayıb:

“Öncə bizi F-35 layihəsindən çıxardılar, indi isə F-16-lar üçün yeni şərtlər irəli sürürlər. Əslində isə Türkiyənin sözügedən şərtlərlə bu döyüş təyyarələrini almayacağını bilirlər. Ona görə təyyarələri verməmək üçün belə qəbuledilməz şərtləri əlavə edirlər. Hazırda Türkiyə öz döyüş təyyarəsini istehsal etmək üçün işləri davam etdirir. Ölkəmiz lazım olanda bunları İngiltərə, İsveç, Çin və ya Rusiyadan təmin edəcək. Dolayısı ilə alternativlər var. Belə süni əngəllər, embarqolar ancaq Türkiyəni gücləndirir. Bu gün ölkəmizdə müasir müdafiə sənayesinin inkişafında 1974-1980-ci illər arasında ABŞ-ın, sonra isə Almaniya və İsrailin tətbiq etdiyi sanksiyaların, qadağaların “rolu” var. Türkiyə döyüş təyyarəsi və pilotsuz təyyarə üzərində aparılan işləri sürətləndirəcək və ABŞ öz məqsədlərinə çatmayacaq. Ankara “Patriot” məsələsində olduğu kimi (ABŞ “Patriot” sistemi vermədiyi üçün Türkiyə Rusiyadan S-400 aldı – red.), öz alternativlərini nəzərdən keçirəcək”.

Qeyd edək ki, ABŞ Senatının Xarici işlər üzrə Komissiyasının sədri Robert Menendezdən sonra senator Kristofer van Hollen də 2023-ci il üçün “Milli Müdafiə Maliyyələşmə Qanunu”na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketini təqdim edib. Bu şərtlərə görə, Türkiyə F-16-lar ilə Yunanıstan üzərində icazəsiz uçuş keçirə, qırıcılardan Suriya Demokratik Qüvvələrinə (əslində isə PYD və YPG-yə) və İŞİD-ə qarşı vuruşan digər "müttəfiq"lərə qarşı istifadə edə bilməz. Həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü təsdiq edilmədən Türkiyəyə F-16-ların verilməməsi də şərt kimi qoyulur.

Tarix
2022.10.09 / 10:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla