Yuxarı

Rusiya görüşöncəsi Bakıya təzyiq edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya görüşöncəsi Bakıya təzyiq edir

Fikrimcə, Rusiyanın bəzi media orqanlarında əleyhimizə səsləndirilən ittihamlar yüksək səviyyədə üçtərəfli görüşə (planlaşdırılan Əliyev-Putin-Paşinyan görüşü nəzərdə tutulur – red.) hazırlıqların aparıldığı ərəfədə tərəflərə təzyiq məqsədi güdür.

Bu sözləri Axar.az-a Rusiyanın dövlət kanallarında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatların sayının artması haqda danışan politoloq Fərhad Məmmədov deyib.

Politoloq bu kampaniyanın Rusiyanın öz mövqelərinə zərbə vuracağını bildirib:

“Sözügedən media orqanlarında bir tərəfdən Paşinyanın qərbyönümlülüyü tənqid edilir, digər tərəfdən isə separatçıların subyekt kimi qəbul olunması istiqamətində iş aparılır. Bəlkə də Ukraynadakı müharibədən əvvəl atılan belə addımların hansısa “səmərəliliyi” ola bilərdi. Ancaq hazırki məqamda bu, heç nəyi dəyişə bilməz. Azərbaycan bəhs etdiyimiz təxribata sərt nota ilə cavab verdi. Ermənistanda isə artıq bir neçə aydır ki, Rusiya əleyhinə ciddi kampaniyalar aparılır, hətta KTMT-dən çıxmaq məsələsini ölkə parlamentində müzakirəyə çıxarmaq istəyən qruplar var. Bütün bunlar onu göstərir ki, Rusiyanın Cənubi Qafqazdakı resursları və təzyiq imkanları azaldıqca, bölgədə güvəndiyi qüvvələrin də hərəkət imkanları kiçilir. Diqqət yetirin, əgər əvvəllər Rusiya bölgədəki siyasətini Ermənistanın üzərindən həyata keçirirdisə, indi demək olar ki, əlində qalan Qarabağdakı separatçı tör-töküntülərdir. Baş verənlər və Rusiyanın əl atdığı metodlar onun getdikcə zəifləməsinin təsdiqidir.

Rusiyada media vasitəsilə aparılan kampaniya isə əks nəticə verəcək və bölgədə Kremlə qarşı mənfi münasibət, etiraz getdikcə yüksələcək”.

Tarix
2022.10.26 / 08:30
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla