Yuxarı

İşgəncə verilən güneyli intihar etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşgəncə verilən güneyli intihar etdi - Foto

İranda işgəncə verilən güneyli Yəlda Ağafəzli intihar edib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, Tehranın Qərçək zindanında saxlanıldığı zaman fiziki və psixoloji təzyiqlərlə üzləşib.

Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsxanadan buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.

Noyabrın 12-də dəfn mərasimi keçirilən gəncin ailəsinə basqı edildiyi, yas mərasiminin məhdud sayda insanla və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil olunduğu qeyd edilir.

Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik idarəsinin təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli noyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Noyabrın 11-də intihar edən gəncin həbsxanada qarşılaşdığı zorakılıq və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.

Tarix
2022.11.14 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla