Yuxarı

Hacı Qamət müavinin həbsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Qamət müavinin həbsindən danışdı

Həbs olunan Adil Rəcəbov müavinim olmayıb.

Bunu Axar.az-a Əbu Bəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanov deyib.

Onun sözlərinə görə, vəhhabi əməliyyatında tutulan 42 nəfər arasında olan A.Rəcəbovu radikalizmə qarşı olan bir dindar kimi tanıyıb.

Q.Süleymanov onunla normal münasibəti olduğunu qeyd edib. O, A.Rəcəbovun "İslam dövləti" terror təşkilatının tərəfdarı olmadığını söyləyib.

"Adil müavinim olmayıb, düzgün təqdim etməyiblər. Amma onunla normal ünsiyyətimiz var. Mən Adili radikallığa qarşı olan insan kimi tanımışam, indi bilmirəm ki, onu niyə tutublar. Haradasa radikal çıxışına da rast gəlməmişəm", - deyə Hacı Qamət vurğulayıb.

Sələfi lideri xatırladıb ki, Əbu Bəkr məscidi bağlanana qədər A.Rəcəbov ibadət evinə namaza gəlib. Hacı Qamət ölkədə radikal təriqətçilərin, İŞİD tərəfdarı olan adamların həbsini təqdir edib. O, ümid edir ki, A.Rəcəbov sorğu-sual edilib, sərbəst buraxılacaq.

Xatırladaq ki, bu gün Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Farklı Lahmacun" kafesində həyata keçirilən əməliyyat zamanı 40-a yaxın şəxs saxlanılıb.

Saxlanılanların arasında Hacı Qamətin müavini kimi təqdim edilən A.Rəcəbov da var. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Tarix
2015.10.23 / 15:15
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla