Yuxarı

15 milyon azərbaycanlı təhlükədədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 milyon azərbaycanlı təhlükədədir

Urmiya gölünə bu ilin sonuna kimi 600 milyon kub metr su nəql olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri İran Energetika naziri Seyid Salman Zakir İSNA-ya müsahibəsində deyib.
O, açıqlamasında Urmiya gölünün bərpasının milli tələb olduğunu qeyd edib.

“Vilayətin 13 nümayəndəsinin hamısı Urmiya gölünün bərpası və gölə su nəqli layihələrinin tamamlanmasında həmfikirdir. Bəzi insanlar göl yatağından faydalı qazıntıların çıxarılması səbəbindən bərpa əməliyyatının dayandırıldığını iddia edir. Bu, doğru deyil. Faydalı qazıntıların çıxarılmasına görə insanların həyatını təhlükəyə atmaq olmaz. Urmiya gölünə su nəqli problemlərinin həlli son mərhələdədir. Gölün quruması prosesinin davam etməsinə imkan verməməliyik. Bunun baş verməsi 15 milyondan çox insanın həyatının itirilməsi deməkdir. Su nəqli ilə yanaşı vilayətdə əkinçilik üsulunun dəyişdirilməsi, təzyiqli və damcı suvarma Urmiya gölünün bərpa edilməsi üçün strateji variantlardan biridir”, - Zakir qeyd edib.

İranın şimal-qərbi nümayəndələr məclisinin sədri Seyid Məhəmmədrza Mirtac əd-Dini isə bildirib ki, Urmiya gölünün bərpasının davam etdirilməsi hələ də hökumətin prioritet məsələsidir.

“Urmiya gölü ilə bağlı mühüm layihələrindən biri 36 kilometrlik Kani Sib bəndindən suyun köçürülməsidir və onun tamamlanmasından sonra hər il gölə 700 milyon kubmetrdən çox su axacaq. Sözügedən layihələrin əhəmiyyətli hissəsi bu qış istifadəyə veriləcək. Buna qədər bir milyard kub metrdən çox su gölə nəql ediləcək”.

Tarix
2022.11.23 / 08:15
Müəllif
Səbinə, Kamran
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla