Yuxarı

Putin bunu etməyə çalışdı, amma Paşinyan... - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Nikol Paşinyanın bu cür hərəkətlərinin Qərbin və ya erməni diasporunun Amerika, Qərbi Avropa və ya Yaxın Şərqin bəzi maraqlarına və ya vədlərinə əsaslandığı fikrinin tərəfdarı deyiləm. (Söhbət Paşinyanın Ermənistanda keçirilən KTMT sammitinin yekun sənədinə qol çekməməsindən gedir – red.). Əminəm ki, Ermənistan baş nazirini sırf daxili siyasi merkantil şərait, məhdud resursların obyektiv şəraitində hakimiyyəti qorumaq istəyi idarə edir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“KTMT-nin dövlət başçılarının İrəvan sammiti açıq şəkildə göstərdi ki, Rusiya və Prezident Vladimir Putin beynəlxalq hüquq və beynəlxalq münasibətlər çərçivəsində Ermənistan hakimiyyətini Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması şərtilə Bakı ilə sülh müqaviləsi imzalamağa məcbur etmək üçün mümkün olan maksimum təzyiq göstərir. Ümid edirəm ki, bu fakt Bakıda heç kimdə şübhə doğurmur. Ancaq 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalamaq üçün əvvəllər səsləndirilən fikirlər, məncə, mümkün deyil. Səhv etsəm, sevinərəm, amma Ermənistanla Azərbaycan arasında belə qısa müddətdə sülhün bərqərar olması istiqamətində vəziyyətin köklü şəkildə dəyişməsinin ilkin şərtlərini görmürəm”, - deyə ekspert qeyd edib.

Tarix
2022.11.24 / 14:21
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla