Yuxarı

Nikol imzalamadı, bölgədə vəziyyət qarışacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq niyyətində olduğunu başa düşməyin vaxtıdır. Bu Cənubi Qafqaz ölkəsi ABŞ və Avropadan böyük qrantlar alır, onun ərazisində NATO əsgərləri hazırlanır, burada ondan çox ikili təyinatlı bioloji laboratoriya yerləşir və qəribədir ki, Amerikanın ən böyük səfirliklərindən biri də məhz İrəvanda fəaliyyət göstərir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.

“Bütün bunlar, əlbəttə ki, kədərli düşüncələrə gətirib çıxarır - xüsusən də Ermənistanda Rusiyaya qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi fonunda. Yaxşı, burada artıq müəyyən nəticələr çıxarmaq lazımdır. İrəvan Bakını “təcavüzkar” adlandıranda, ilk növbədə, 1990-cı illərdə Azərbaycan ərazisinin 20%-ni kimin işğal etdiyini düşünmək lazımdır. Bununla bağlı BMT TŞ-nin qətnamələri də var idi ki, bu da heç nəyə gətirib çıxarmadı. ATƏT-in Minsk Qrupu da var idi, onun fəaliyyəti də nəticəsiz oldu. Nəhayət, Azərbaycan öz ərazilərini güc yolu ilə geri ala bildikdən sonra Rusiya İrəvanla Bakı arasında baş sülhməramlı rolunu öz üzərinə götürdü.

Artıq heç bir diskussiya meydançasında Qarabağın statusu müzakirə olunmur, çünki hamıya aydındır ki, bu, Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan da bunu yaxşı başa düşür. İndi İrəvan öz yeni oyununu oynamağa çalışır. Bu, xüsusilə KTMT-nin İrəvandakı sammitindən sonra görünməyə başladı. Nikol yekun bəyannaməni imzalamadı. Düşünürəm ki, bundan sonra ABŞ bu vəziyyəti daha da qarışdıracaq və indi Rusiya vəziyyəti sabitləşdirmək üçün maksimum səy göstərməlidir”, - deyə həmsöhbətimiz qeyd edib.

Tarix
2022.11.25 / 11:31
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla