Yuxarı

Şirniyyatın içində tiryək keçirmək istədilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkuma gətirilən sovqatın içindən tiryək və marixuana aşkar edilərək götürülüb.

"Axar.az"ın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tairovun gətirdiyi sovqatın içərisinə baxış keçirilib. Baxış zamanı bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 bükümdə xalis çəkisi 7,141 qr olan narkotik vasitə - tiryək və 1 bükümdə xalis çəkisi 0,32 qr olan narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, V.Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (Qəsdən adam öldürmə; iki və ya daha çox şəxsi öldürmə) maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Tarix
2014.01.21 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla