Yuxarı

Rusiyanın bu addımı Bakını hiddətləndirib - Andreyeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş Rusiya sülhməramlı kontingentinin (müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşən – red.) rəsmi məlumatında Azərbaycan yaşayış məntəqələrinin adları nədənsə qondarma erməni toponimləri ilə işarələnib. Ağdərə əvəzinə “Mardakert”, Xocavənd əvəzinə “Martuni” toponimləri mütəmadi olaraq işlənir. Noyabrın 24-də yayılan xəbərdə Azərbaycanın “Maqavuz” qəsəbəsi istiqamətində guya atəşkəs rejimini pozduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyi bu məlumat yayıldıqdan sonra Rusiya tərəfinin diqqətinə çatdırıb ki, Azərbaycanda qeyd olunan qəsəbənin adı “Maqavuz” yox, Çardaqlıdır. Xatırladılıb ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlarla siyahısı və xəritəsi rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinə, Rusiya sülhməramlı kontingentinin həm keçmiş, həm də indiki komandanlığına təqdim edilib. Bakı dəfələrlə bu adların rəsmi məlumatlarda istifadə olunmasını tövsiyə edib.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Vera Andreyeva “Vestnik Kavkaza”ya bildirib.

“Buna cavab olaraq, rus sülhmərmalıların rəsmi Teleqram kanalını təqlid edən “Sülhməramlı” kanalında Qarabağla bağlı məlumatlarda Rusiya ordusunun Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə edildiyinə dair məlumat paylaşılıb. Həqiqətən, Rusiya Müdafiə Nazirliyinin saytında qəsəbənin qondarma adı üç dəfə qeyd olunur: Sülhməramlıların 1 fevral və 8 iyul 2021-ci il tarixli fəaliyyətinə dair bülletenlərdə və onların nümayəndəsi polkovnik Dmitri Perepelkinin 2 fevral 2021-ci il tarixli brifinqində. Lakin Müdafiə Nazirliyinin saytında Azərbaycan qəsəbəsinin yanlış adının qeyd olunduğu 24 noyabr 2022-ci il tarixli məlumata rast gəlinmir”, - o bildirib.

O qeyd edib ki, bir neçə media sülhməramlıların cavabı kimi saxta kanalın paylaşımını xəbər etsə də, məlum oldu ki, “Sülhməramlı” Telqram kanalı rəsmi kanal statusuna malik deyil:

“Rusiyanın Müdafiə Nazirliyindəki həmsöhbəti “Nyus.ru”ya bildirib ki, sülhməramlı kontingent adından yazı yerləşdirən kanalın nazirliklə nə əlaqəsi olduğunu bilmir. Nəzərə almaq lazımdır ki, mövcud olmayan toponimlərdən istifadə Azərbaycan Müdafiə Nazirliyinin sülhməramlıların qarşısında qoyduğu yeganə sual deyil. Hərbi idarə Azərbaycan Ordusunun bölmələrinin atəşkəs rejimini pozmadığını və sülhməramlıların məlumatında göstərilən istiqamətdə atəş açmadığını qeyd edib. Qeyri-qanuni erməni silahlı birləşmələrin son vaxtlar atəşkəs rejimini pozması və digər insidentlər barədə Rusiya tərəfinə verilən məlumatın nədənsə sülhməramlıların rəsmi bəyanatlarında əksini tapmaması Bakını da hiddətləndirib. Ötən günlərdə Azərbaycan Müdafiə Nazirliyinin dəvəti ilə Rusiya sülhməramlı kontingentinin komandanı və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin rəhbərləri Sarıbaba zirvəsinin şimal istiqamətində yerləşən piyada əleyhinə mina sahəsinə baxış keçiriblər. Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə minalarla dolu mina sahəsi qanunsuz erməni silahlı dəstələri tərəfindən yerləşdirilib. Təkcə bu ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş PMN-E markalı 350 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Amma Rusiya sülhməramlı kontingenti bu barədə rəsmi məlumat verməyib. İnanmaq istərdim ki, bu anlaşılmazlıqlar Moskva və Bakının iqtisadi cəhətdən güclü və firavan region yaratmaq istiqamətində apardıqları siyasətə təsir etməyəcək”.

Tarix
2022.11.28 / 11:38
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla