Yuxarı

NATO polkovnikindən Ordumuzla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO polkovnikindən Ordumuzla bağlı açıqlama

Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib.

"Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir", - polkovnik bildirib.

Onun sözlərinə görə, “NATO günləri” nəinki qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa, həm də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən kişilərin, qadınların göstərdiyi peşəkarlıq və fədakarlıqla əyani tanış olmağa imkan verib:

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olub və olmaqda davam edir. Bu ölkənin NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfə həmişə əhəmiyyətli olub".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində noyabrın 20-dən 25-dək Bakıda “NATO günləri” keçirilib.

Tarix
2022.11.30 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla