Yuxarı

Zaur Baxşəliyev İlkinin məhkəməsinə çağırıla bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Baxşəliyev İlkinin məhkəməsinə çağırıla bilər

10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılan iş materialları ilə bağlı sənədlər tədqiq olunub.

Prosesdə Xəzər TV-də yayımlanmış “Səni axtarıram” proqramında Nərmin Quliyeva haqqında reportaja baxış keçirilib.

Eyni zamanda Nərminin yaxınlarının başqa bir internet televiziyasına müsahibəsi ilə bağlı da müzakirə aparılıb.
Nərminin atası Şərif Quliyev qızının meyitini özünün gördüyünü deyib, üzdən tanıyıb. Amma cinayət işinin materiallarında isə üz nahiyəsinin tam yandığı və tanınmaz halda düşdüyü göstərilib.

İlkin Süleymanovun vəkilləri “Azad Azərbaycan” telekanalında aparıcı Zaur Baxşəliyevin proqramında Nərminin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Bildirilir ki, müdafiə tərəfi Zaur Baxşəliyevin də dindirilməsini istəyib: “Zaur Baxşəliyev deyib ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin ifadəsində daşla bir zərbə vurduğunu deyir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev onu da deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi”.

Zaur Baxşəliyevin məhkəməyə çağırılıb-çağırılmayacağına gəldikdə isə, hakim deyib ki, bu vəsatət yazılı təqdim edildikdən sonra bilinəcək.

Tarix
2022.11.30 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla