Yuxarı

İrəvanın Bakı ilə “iki kreslo” siyasəti - Keryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın Bakı ilə “iki kreslo” siyasəti - Keryan

Ermənistan-Azərbaycan münaqişəsinin həllində eyni vaxtda Rusiya və Qərb formatlarında iştirak etmək təhlükəlidir.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

“Bir ilə yaxındır ki, Ermənistan hakimiyyəti iki stulda oturmağa çalışır. Onlar bir tərəfdən Ermənistan-Rusiya-Azərbaycan formatını qoruyur, digər tərəfdən də Brüssel və Vaşinqtonda keçirilən görüşlərdə ört-basdır etmədən məmnuniyyətlə iştirak edirlər. Bu, Ermənistanın Qərblə Rusiya arasında manevr etdiyi əvvəlki hakimiyyətin komplementarizm siyasətinə çox bənzəyir”, - o bildirib.

Keryanın fikrincə, əgər keçmiş xarici işlər naziri Vardan Oskanyanın fəaliyyəti dövründə belə bir siyasət ATƏT-in Minsk qrupunun həmsədrliyinin fəaliyyəti kontekstində müəyyən mənada başa düşülən idisə, indi bu, Rusiya tərəfindən mənfi qarşılana bilər:

“Həmin illərdə Qərblə Rusiya arasında açıq münaqişə olmayıb. Fransanın Ermənistana yardım etmək istəyi böyükdür, lakin bu ölkənin Azərbaycan Prezidenti İlham Əliyevə təsir edə bilməyəcəyi üçün imkanları çox azdır. Buna görə də cəlbedici perspektivlərə arxalanmaq olmaz, vəziyyəti ayıq şəkildə qiymətləndirmək və yalnız bundan sonra hər hansı bir tədbir görmək lazımdır”.

Tarix
2022.12.02 / 11:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla