Yuxarı

Qarabağ Palmira və Nimrudla müqayisə oluna bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Palmira və Nimrudla müqayisə oluna bilər

Erməni işğalçıları tərəfindən Qafqazın mədəniyyət beşiyi hesab olunan Qarabağdakı mədəni, tarixi və dini abidələrin dağıdılmasını İŞİD-in Suriyanın qədim şəhəri Palmira və İraqın Nimrud şəhərində törətdiyi dağıntılar ilə müqayisə edilə bilər.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev “Böyük qayıdış: dini, mənəvi və multikultural aspektlər” mövzusunda keçirilən konfransda qeyd edib.

Sədr müavini bildirib ki, Qarabağ bölgəsində 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və yarımuçuq məscidlərdə heyvan saxlanılmaqla dini dəyərlərimiz təhqir olunub, 900-dən çox qəbiristanlıq tamamilə dağıdılaraq qəbirüstü abidələr talan edilib.

Hal-hazırda Qarabağda həyata keçirilən yenidənqurma işlərinə də toxunan Komitə rəsmisi cənab Prezident İlham Əliyev tərəfindən bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını, dövlət strukturları ilə yanaşı uzun illərdir Azərbaycanın tarixi-mədəni abidələrinin qorunmasında mühüm rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Tarix
2022.12.02 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla