Yuxarı

Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu

Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsman Aparatından Axar.az-a verilən müraciətdə qeyd olunur:

"Sosial şəbəkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən növbəti video yayılıb. Videodan da göründüyü kimi, işğaldan azad edilmiş Zəngilan rayonunda soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqdakı məzarlar ermənilər tərəfindən qəsdən dağıdılmış, qəbir abidələri tanınmaz hala salınmışdır.

Bütün bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətini həyata keçirdiyini əyani şəkildə sübut edir.

Azərbaycanlılara məxsus qəbirlərin vəhşicəsinə dağıdılması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü iltarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə pisləyir, bir daha beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıram".

Tarix
2022.12.05 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla