Yuxarı

Lavrov bəyan etdi: “3+3” platformasının iclası olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov bəyan etdi: “3+3” platformasının iclası olacaq

Cənubi Qafqaz üzrə “3+3” platformasının yeni iclasına hazırlıq gedir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aparılan danışıqların nəticələrinə dair mətbuat konfransında bildirib.

“Biz konsultativ regional platformanın fəaliyyəti barədə də danışmışıq. Mən üç Cənubi Qafqaz respublikası və onların üç qonşusunu – Rusiya, İran və Türkiyəni nəzərdə tuturam. Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü olub, ilk görüş baş tutub. İndi isə biz növbəti belə tədbiri hazırlayırıq, konkret tarixi və gündəliyi razılaşdırırıq”, - S.Lavrov qeyd edib.

Nazir əlavə edib ki, hazırda görüşün tarixi razılaşdırılır.

Xatırladaq ki, platformanın bundan əvvəlki iclası 2021-ci ilin dekabr aylında keçirilib. İclasda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə iştirak edib. Gürcüstan platformaya qoşulmaqdan imtina edib.

Tarix
2022.12.05 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla