Axar.az
Yuxarı

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı yeni xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamındakı dəyişiklik həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur.

Axar.az xəbər verir ki, 2014-cü il yanvarın 1-dən artıq 2020-ci il yanvarın 1-dək deyil, yeni Sərəncamla 2023-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan, habelə Sərəncamda nəzərdə tutulan digər imtiyazlı şəxslərin 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin olunması tapşırılır.

Yeni sərəncam eyni zamanda yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələrinin və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Göründüyü kimi, dövlət başçısının yeni Sərəncamı şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və fərdi evlə təminatının əhatəsini daha da genişləndirir.

Qeyd edək ki, tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Postmüharibə dövründə onlara 4100, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

Tarix
2022.12.07 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi

İran Azərbaycana 3500 casus yerləşdirib – Türk mediası

Son dövrlər beş səfirliyimizə basqın edilib

İranla dostluq qrupu fəaliyyətini dayandırsın - Deputat

İran casus şəbəkəsi: Hacı Mətləb də saxlanıldı

Borrellin cavabı İrəvanın ümidini qırdı – Petrov

İran bizə müharibə elan edib – Fəzail Ağamalı

İran eksperti: Təbrizdəki konsulluq da bağlansın! - Video

Səfirliyimizə hücum MM-də müzakirə edildi

Azərbaycan və İsrail müdafiə nazirləri danışdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla