Yuxarı

İranın Ermənistana göndərdiyi raketlərin qiyməti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, İran Ermənistana 500 ədəd “Dehlaviyeh” (Dehlaviye), 100 ədəd isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi verib.

Axar.az xəbər verir ki, bu komplekslərin göstəriciləri Rusiyanın 3-cü nəsil (bəzi ekspertlər 2+ nəsil sayır – red.) “Kornet” TƏİR-ləri ilə eynidir. Sadəcə “Kornet”lərdə olan gecə termal hədəf sistemləri İran komplekslərində yoxdur.

İranın Ermənistana göndərdiyi TƏİR-lərin qiyməti ilə bağlı isə dəqiq məlumat mövcud deyil.

Ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistana verilən silahlar hədiyyə olduğu üçün onların dəyərilə bağlı məlumat verilməyib:

“İran silahları elə də baha olmur. Çünki onlar ən ucuz komponentlərdən istifadə edirlər. Bu isə onların maya dəyərini aşağı salmağa imkan verir. “Dehlaviye” kompleksinin surəti hesab edilən “Kornet”lərin qiyməti 125 min dollar təşkil edir”.

Açıq mənbələrdə göstərilməsə də, bir sıra ekspertlər “Dehlaviye”nin “Kornet”in yarı qiymətinə - maksimum 50-60 min dollara olduğu qənaətindədirlər. Bu qiymətlərlərlə hesablasaq, İran Ermənistana 30 milyon dollarlıq silah hədiyyə edib.

Tarix
2022.12.08 / 13:54
Müəllif
Didəm Qədirova
Şərhlər
Digər xəbərlər

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla