Yuxarı

Arkovun proqnozu doğruldu, Ermənistan təkzib etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arkovun proqnozu doğruldu, Ermənistan təkzib etdi

İranın Ermənistana təmənnasız olaraq 500 ədəd “Dehlaviye” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarə olunan raket kompleksi bağışlaması barədə məlumatı şərh edən rusiyalı ekspert Vitali Arkovun proqnozu özünü heç “bir-iki gün” də gözlətmədi.

V.Arkov Axar.az-a açıqlamasında rəsmi İrəvanın bu barədə xəbərləri yaxın 1-2 gündə təkzib edəcəyini, “guya belə bir məlumat həqiqət deyil” deyə, açıqlama yayacağını bildirmişdi. Məqsəd isə həmin raketlərin əhəmiyyətli hissəsinin Rusiyaya göndərilmə ehtimalıdır.

Proqnoz artıq özünü doğrultdu: Ermənistan MN-in sözçüsü Aram Torosyan qısa, cəmi bircə cümləlik təkzib yayıb.

“İranın Ermənistana raket və raket sistemləri verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - o bildirib.

Qeyd edək ki, İranın Ermənistana nəinki raketlər hədiyyə etməsi, hətta bu raketlərdən istifadəni öyrətmək üçün 27 nəfərlik heyəti (iki mərhələdə) Xankəndiyə göndərməsi də, göndərilən iranlı mütəxəssislərin ad-soyadları və pasport məlumatları da fotolarına qədər yayılıb.

Tarix
2022.12.08 / 15:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla